"Çelsi" Çempionlar Liqası matçına itkilərlə çıxacaq

00:30 - 21 Yanvar 2026

\"Çelsi\" Çempionlar Liqası matçına itkilərlə çıxacaq

"Çelsi" Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turunda Kiprin "Pafos" klubu ilə qarşılaşacaq.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, London təmsilçisinin baş məşqçisi Liam Rosenior mətbuat konfransında komandadakı son vəziyyətlə bağlı açıqlamalar verib. Baş məşqçi argentinalı futbolçu Enzo Fernandesin xəstəlik səbəbindən oyunu buraxa biləcəyini bildirib.

Bundan başqa, müdafiəçi Tosin Adarabioyo da zədə səbəbindən uzun müddətlik sıradan çıxıb. Qeyd edək ki, Tosin Adarabioyonun bud əzələsində ciddi problem aşkarlanıb və o, bir müddət yaşıl meydanlardan uzaq qalacaq.

Xatırladaq ki, "Çelsi" - "Pafos" qarşılaşması sabah Bakı vaxtı ilə saat 00:00-da baş tutacaq. Hazırda London klubu Çempionlar Liqasının turnir cədvəlində 6 oyundan topladığı 10 xalla 13-cü pillədə qərarlaşıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az