Braziliyada bir şəxs Rio-de-Janeyroda avtobus dayanacağında iki nəfəri güllələyib, daha sonra avtobusda olan 17 nəfəri girov götürüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə yerinə gələn polis 3 saatlıq əməliyyatdan sonra şəxsi saxlayıb.
Adı açıqlanmayan şəxs polisə təslim olub.
Əfsanə Rəcəb
Manşet.az