ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi Lui Bono İrəvanda Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
Manset.az xəbər verir ki, bu barədə Qriqoryan özünün feysbuk səhifəsində yazıb.
Görüş zamanı Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması üzrə danışıqlar prosesi ilə bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər Ermənistan-ABŞ münasibətlərini də müzakirə ediblər.