Bu ölkədə saat kolleksiyasına görə prezident korrupsiyada şübhəli bilindi

16:03 - 20 Mart 2024

Bu ölkədə saat kolleksiyasına görə prezident korrupsiyada şübhəli bilindi

Perunun Baş Prokurorluğu dövlət başçısına məxsus bahalı saatların yığılması ilə bağlı mətbuatda yayılan məlumatlara görə, ölkə prezidenti Dina Boluarteyə qarşı qanunsuz varlanma şübhəsi ilə ilkin istintaqa başlayıb.

 

Manset.az Lent.az-a istinadən xəbər verir ki, açıqlamada "Baş Prokurorluq, “Rolex” markalı saatlara sahib olması ilə əlaqədar bəyannamədə məlumatların qanunsuz zənginləşdirilməsi və gizlədilməsi kimi cinayətlərdə şübhəli bilinərək respublika Prezidenti Dinah Boluarte ilə bağlı ilkin prosessual hərəkətlərə başlamağa göstəriş verib"deyilir. 

“Keçən həftə jurnalist Marko Sifuentes “YouTube”da Boluartenin prezident olduğu 2022-ci ilin dekabrından bəri “Rolex” də daxil olmaqla 14 fərqli saatla ictimaiyyət qarşısına çıxdığını iddia edən bir video yayımlayıb.

Peru Konqresi keçmiş prezident Pedro Kastilonu korrupsiya ittihamı ilə impiçment elan etdikdən sonra Boluarte dövlət başçısı olub. O zaman vitse-prezident idi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az