"Qərb ölkələri İrəvanı qızışdırır" - Rusiya XİN

16:59 - 20 Mart 2024

\"Qərb ölkələri İrəvanı qızışdırır\" - Rusiya XİN

"Bu gün Qərb rejimləri Ermənistanı Azərbaycanla sərhəddə mübahisəli ərazi məsələləri ilə bağlı birtərəfli qərarlar qəbul etməyə təhrik edir. Qərb ölkələri İrəvanı qızışdırır. Məqsəd İrəvanla Bakı arasındakı nizamlanmada müsbət tendensiyanı dağıtmaqdır".

 

Manset.az Apa-ya istinadən bildirir ki, bu fikirləri bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O, qərb ölkələrinin yürütdüyü siyasətin regionda əlavə problemlərin yaranmasına gətirib çıxardığını söyləyib.

"Avropa İttifaqının Ermənistandakı missiyası Rusiya, İran və Azərbaycana qarşı casusluq edir. Bunun faktiki təsdiqi var. Bu cür destruktiv fəallıq regionda gərginliyin artmasına gətirib çıxarır, ümumiyyətlə, bu, geridönüşü olmayan nəticələrə gətirib çıxara bilər. Bunu informasiyalara çıxışı olan hər kəs anlayır", deyə Rusiya XİN rəsmisi qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az