Putin bu faizlə qalibdir - Yekun nəticələr

13:35 - 21 Mart 2024

Putin bu faizlə qalibdir - Yekun nəticələr

Rusiyanın Mərkəzi Seçki Komissiyası martın 15, 16 və 17-də ölkədə keçirilən prezident seçkilərinin yekun nəticələrini açıqlayıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Rusiyanın hazırkı dövlət başçısı Vladimir Putin seçkilərdə ümumi 87,28% səslə qalib gəlib.

Rusiya MSK-nın rəhbəri Ella Pamfilovanın sözlərinə görə, Putinə 76 277 708 nəfər səs verib.

Bununla yanaşı, Nikolay Xaritanov 4,31, Vladislav Davankov 3,85, Leonid Slutskiy isə 3,2% səs toplaya bilib. 

Ümumilikdə seçici fəallığı 77,49 faiz təşkil edib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az