Türkiyədə ağır qəza: 5 ölü, 10 yaralı

16:44 - 21 Mart 2024

Türkiyədə ağır qəza: 5 ölü, 10 yaralı

Türkiyənin şimal-qərbində mikroavtobusun yük maşını ilə toqquşması faciə ilə nəticələnib.

 

Manset.az xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.

“Tekirdağ Saraydan Çerkezköy istiqamətində hərəkət edən 34 BGE 76 dövlət nömrə nişanlı yük maşını Vizedən Çerkezköy istiqamətində hərəkət edən 59 KS 182 dövlət nömrə nişanlı sərnişin mikroavtobusu ilə toqquşub”, - deyə nəşr yazıb.

İlkin məlumata görə, hadisə nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az