Aİ Aleksey Navalnının ölümünə görə Rusiyaya sanksiyalar tətbiq edib.
Manset.az xəbər verir ki, bu barədə Avropa İttifaqının rəsmi jurnalında yayımlanan Aİ Şurasının fərmanında qeyd olunub.
Məlumata görə, sanksiya siyahısına Rusiya ədliyyə nazirinin müavini Vsevolod Vukolov, Rusiya Ali Məhkəməsi sədrinin birinci müavini Petr Serkov, Rusiya Ali Məhkəməsinin Apellyasiya Şurasının sədri Vladimir Zayçev, Federal Penitensiar Xidmət rəhbərinin birinci müavini Valeri Boyarinev, Moskva Federal Penitensiar Xidmətinin rəhbəri Sergey Moroz, Navalnının cəza çəkdiyi müəssisələrinin rəisləri və müavinləri, habelə onların əməkdaşları, o cümlədən İK-6 cəzaçəkmə müəssisəsinin həkimi daxildir.
Aİ-nin qara siyahısında olan bütün şəxslərin İttifaq ərazisinə daxil olması qadağandır və onların aktivləri, Aİ-də aşkar edilərsə, dondurulacaq.
Qeyd edək ki, 47 yaşlı Aleksey Navalnı 16 fevralda cəzaçəkmə müəssisəsində qəfildən ölüb.