"Crocus City Hall"da törədilən terror aktında xəsarət alan 44 nəfərin, o cümlədən, 2 uşağın vəziyyəti ağırdır.
Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın səhiyyə nazirinin köməkçisi deyib.
Məlumata görə, "Crocus City Hall"da törədilən terror aktında xəsarət alan 16 nəfərin, o cümlədən, 1 uşağın vəziyyəti olduqca ağırdır.
Qeyd edək ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən 4 terrorçun saxlanıldığı barədə məlumat verib.
Terror aktında ölənlərin sayı 93 nəfərə çatıb, 100 nəfər yaralanıb.
İlkin məlumata görə, "Crocus City Hall"da insanların ölüm səbəbləri odlu silahdan açılan atəş və yanma məhsulları ilə zəhərlənmə olub. Terrorçular "Crocus City Hall"da zalı yandırmaq üçün tezalışan mayedən istifadə ediblər.
Terrorçular əvvəlcə hücum zamanı avtomat silahdan istifadə ediblər, silah istintaq əməkdaşları tərəfindən aşkarlanıb.