Litvanın baş naziri İnqrid Şimonite Qərb ölkələrini Ukraynanın qalib gəlməsinə kömək etməyə və Rusiyanın məğlubiyyətindən qorxmamağa çağırıb.
Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, baş nazir Rusiya üzərində qələbənin düsturunu açıqlayıb.
"Təcavüzkarı məğlub etməyin düsturu kifayət qədər aydındır: güc vasitəsilə sülh. Əgər səylərimizi səfərbər edib qələbəyə inanmağa başlasaq, Avropada sülhü təmin edə biləcəyik və nəhayət sülh qalib gələcək", deyə Şimonite bildirib.
O qeyd edib ki, Şimali Avropa və Baltikyanı ölkələrin ümumi ÜDM-i NATO və G7-yə üzv olan 32 dövləti nəzərə almasaq, Rusiya Federasiyasından yüksəkdir.
"Rusiyanın Ukraynaya qarşı müharibəsinin nəticəsi təkcə Avro-Atlantik deyil, həm də qlobal təhlükəsizlik nizamını formalaşdıracaq. İmperialist ambisiyaları olan bir ölkənin qonşularını təhdid etdiyi yerdə dünya demokratiyaları təhlükəsiz olmayacaq", deyə Litvanın baş naziri bildirib.
Bundan əlavə, o qeyd edib ki, yayda Vaşinqtonda keçiriləcək NATO sammiti digər məsələlərlə yanaşı, Ukraynanı Alyansa yaxınlaşdırmaq öhdəliyinə də qiymət veriləcək:
"Ukrayna, NATO-nun Ukraynaya ehtiyacı olduğu kimi NATO-ya da lazımdır. Ukraynanın gələcək üzvlüyü Alyansın hərbi potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək, çünki Ukrayna Silahlı Qüvvələri Rusiyanın genişmiqyaslı işğalına qarşı durmaq iqtidarındadır".