Məlumatlı diplomatik mənbə bildirib ki, Təl-Əviv fələstinli əsirlərin israilli girovlarla dəyişdirilməsi üçün Vaşinqtonun təklif etdiyi şərtlərlə razılaşmağa hazırdır.
Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə CNN məlumatına yayıb.
“İsrail Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Burnsun irəli sürdüyü təkliflə razılaşıb”, - deyə məlumatda bildirilir.
Bundan əvvəl Ağ Ev İsrail hakimiyyətinə HƏMAS-dan 40 israilli girovun azad edilməsi müqabilində 700-ə yaxın fələstinli məhbusu azad etməyi təklif etmişdi.