“Crocus City Hall”un bərpası 5 ilədək vaxt apara bilər

09:57 - 25 Mart 2024

“Crocus City Hall”un bərpası 5 ilədək vaxt apara bilər

“Crocus City Hall” konsert zalında baş vermiş terror aktı nəticəsində dəymiş ziyanın aradan qaldırılması bir ildən beş ilədək vaxt aparacaq.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, “Crocus Group”un sahibi Araz Ağalarovun sözlərinə görə, infrastrukturun bərpası şirkətin minlərlə əməkdaşının iş yerini qoruyub saxlamağa imkan verəcək.

Xatırladaq ki, son məlumata görə, martın 22-də Rusiyanın Moskva vilayətində “Crocus City Hall” konsert zalında törədilən terror aktı nəticəsində 137 nəfər ölüb, 182 nəfər yaralanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az