Uels şahzadəsi Keyt Middlton kolon xərçəngindən əziyyət çəkə bilər.
Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu fərziyyə ilə kral eksperti Mark Roş Bukingem sarayındakı mənbələrə istinadla çıxış edib.
Middltonun keçirdiyi gözlənilməz qarın əməliyyatı histerektomiya ola bilər.
"Məlumatlı bir mənbəyə görə, bütün əlamətlər onun (Keyt Middlton) histerektomiya keçirdiyi və kolon xərçəngindən əziyyət çəkdiyinə işarə edir", - Roş deyib.
O əmindir ki, Kembric hersoginyasının səhhəti ilə bağlı əlavə mətbuat açıqlamalarını gözləməməliyik.