Bu gün səhər saatlarında ilk dəfə olaraq pilotsuz uçuş aparatları Tatarıstan ərazisində Alabuqa və Nijnekamskda müəssisələrə hücum edib.
Manset.az BAKU.WS-ə istinadən verdiyi xəbərə görə, bu barədə Tatarıstan rəhbəri Rüstəm Minnixanovun mətbuat xidməti məlumat yayıb.
"Ciddi dağıntı yoxdur, müəssisələrin texnoloji prosesi pozulmayıb", - deyə bildirilib.
Alabuqa xüsusi iqtisadi zonasından verilən məlumata görə, hücum nəticəsində nəticəsində iki nəfər yaralanıb.
Görüntüləri təqdim edirik: