“Google” milyonlarla insanın gizli məlumatlarını siləcək

13:15 - 02 Aprel 2024

“Google” milyonlarla insanın gizli məlumatlarını siləcək

ABŞ-da fəaliyyət göstərən onlayn məlumat toplama şirkəti “Google”, "anonim" rejimdə aparılan axtarışların qeydlərini saxladığı səbəbilə 5 milyard dollardan çox təzminat ödəməyə və şəxsi axtarış məlumatlarını silməyə razı olub.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, Kaliforniyanın Şimal Dairə Məhkəməsindəki sənədlərə görə, “Google” onlayn axtarışda anonim seçimdən istifadə etmələrinə baxmayaraq, məlumatları icazəsiz istifadə edilən 50 iddiaçını təmsil edən üç hüquq firması ilə razılığa gəlib.

Müqaviləyə əsasən, şirkət icazəsiz məlumatların qeydlərinin aparılmasına görə 5 milyard dollardan çox təzminat ödəməyə razılaşıb.

Həmçinin “Google” milyonlarla istifadəçinin baxış tarixçəsi ilə bağlı məlumatları siləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az