Türkiyədə olan şəxslər və şirkətlər haqqında topladıqları məlumat və sənədləri İsrail kəşfiyyatı ilə paylaşanlara qarşı təşkil edilən “Köstəbək-3” əməliyyatı nəticəsində 8 nəfər tutulub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Türkiyə Daxili işlər naziri Əli Yerlikaya sosial mediada saxlanılan 8 şübhəli və əməliyyatla bağlı açıqlama verib.
Yerlikaya paylaşımında, "Ölkəmiz sərhədləri daxilində milli birliyimizə və həmrəyliyimizə qarşı həyata keçirilməsi nəzərdə tutulan casusluq fəaliyyətlərinə əsla icazə verməyəcəyik. İzinizdəyik!" ifadələrindən istifadə edib.
Nazir İstanbul Respublika Baş Prokurorluğu, MİT və polis qruplarını təbrik edərək, "Allah ayağınıza daş dəydirməsin. Millətimizin duaları sizinlədir" deyib.
Əfsanə Rəcəb
Manşet.az