Türkiyədə martın 31-də keçirilən yerli özünüidarəetmə orqanlarına seçkilərin nəticələrinə bir çox yerlərdə etiraz edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatıan görə, indiyədək 5 seçki dairəsi üzrə seçkilərin yenilənməsi qərara alınıb.
Beləki, Ardahanda CHP-nin namizədi və hazırkı Bələdiyyə Başçısı Faruk Dəmir 5 min 49, AK Partiya namizədi Yunus Baydar isə 4 min 875 səs toplayıb. Rayon Seçki Şurası AK Partiyanın etirazını qəbul edərək, seçkilərin yenilənməsinə qərar verib.
Tuncelinin Mazgirt mahalının Akpazar qəsəbəsində də seçkilərin yenilənməsinə qərar verilib. CHP-nin namizədi Zeynel Yıldırım 471, AK Partiyanın namizədi Əli Aydın 467, DEM Partiyasının namizədi Orhan Çələbi isə 274 səs toplayıb. AK Partiya isə nəticəyə etiraz edib.
Aksarayın Güzelyurt mahalında bir səslə uduzan AK Partiyanın etirazı qəbul edilib. Seçkilərin yenilənməsi qərara alınıb. Qeyri-müəyyən nəticələrə görə, İYİ Partiyasının namizədi Hazim Turan 549 səs toplayaraq Gözəlyurt bələdiyyə başqanlığına qalib gəlib. AK Partiyanın namizədi Ünal Demircioğlu 548 səs toplayıb.
DEM Partiyasının bələdiyyə qazandığı Şanlıurfanın Hilvan rayonunda AK Partiyanın 15 qutuya etirazından sonra seçkilərin yenilənməsinə qərar verilib. Hilvanda DEM Partiyasının namizədi Serhan Paydaş 6 min 960, AKP namizədi Aslan Əli Bayık isə 6 min 439 səs toplayıb.
Kayserinin Pınarbaşı rayonunda keçirilən seçki MHP-nin etirazından sonra ləğv edilib. CHP illər sonra qazandığı mahalda 5 min 82 səs alarkən, MHP isə 4 min 758 səs alıb.
Əfsanə Rəcəb
Manşet.az