İsveçrədə hakimiyyətdə olan Xalq Partiyası (SVP) 2050-ci ilə qədər əhalinin sayının 10 milyona çatmasının qarşısını almaq və immiqrasiyanı məhdudlaşdırmaq üçün referenduma hazırlaşır.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, SVP, immiqrasiyanın məhdudlaşdırılması planını 114 min 600 imza ilə Federal Prezidentliyə təqdim edib.
Həmçinin konstitusiyaya “əhalinin davamlı inkişafı” ilə bağlı yeni maddənin əlavə edilməsi xahiş olunur.
İmmiqrasiyanın məhdudlaşdırılması planına görə, 2050-ci ilə qədər daimi yaşayan əhalinin sayı 10 milyonu keçməməlidir.
Planın sonrakı mərhələlərində hökumətdən doğum nisbətini məhdudlaşdırmaq xahiş olunur. Misal üçün; Müvəqqəti olaraq qəbul edilən şəxslər bundan sonra daimi yaşayış icazəsi ala bilməyəcək və ailənin birləşməsi də məhdudlaşdırılacaq.
Əfsanə Rəcəb
Manşet.az