Venesiyaya giriş ödənişli olacaq - Bu səbəbdən

16:02 - 05 Aprel 2024

Venesiyaya giriş ödənişli olacaq - Bu səbəbdən

İtaliyanın Venesiya şəhərinə gündəlik turist sıxlığınını nəzarətdə saxlamaq üçün şəhərə gündəlik gələnlərdən giriş haqqı alınacaq.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, tətbiq ilk dəfə aprelin 25-də saat 08.30-16.00 arasında başlayacaq.

Bu barədə Venesiya meri Luici Brugnaro Venesiya Şəhər Şurasının 2023-cü ilin sentyabrında qəbul etdiyi qərara uyğun olaraq bu ay tətbiqi sınaqdan keçirəcəklərini açıqlayıb.

Brugnaro tətbiqin həddindən artıq turist sıxlığına qarşı eksperimental və çəkindirici bir fikir olduğunu, lakin bunun "şəhərin bağlanması" mənasını daşımadığını bildirib.

“Biz dünyanın mühüm tarixi mərkəzlərini qorumağa borcluyuq” deyən mer tətbiqin məqsədinin pul qazanmaq olmadığını qeyd edib.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az