Türkiyəli müğənni Tarkan Tevetoğlunun qətl işi üzrə mühakimə olunan əmisi oğlu Sərvət Tevetoğlu ilə bağlı qərar verilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, məhkəmə təqsirləndirilən şəxsi "qəsdən adam öldürmə" maddəsi ilə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edib.
Digər tərəfdən, təqsirləndirilən şəxslərə “mülkiyyətə ziyan vurmaq” ittihamı ilə 2 il həbs cəzası verilib.
Qeyd edək ki, Sərvət Tevetoğlu və daha 5 müttəhim İstanbulun Esenyurt şəhərində iş yerində əvvəlcə güllələnən, sonra isə yandırılaraq öldürülən Ercan Gönülkırmazın qətli ilə bağlı saxlanılmışdı.
Əfsanə Rəcəb
Manşet.az