“Ermənistan Azərbaycanla münasibətlərin normallaşdırılmasına sadiqdir” - Paşinyan

16:31 - 05 Aprel 2024

“Ermənistan Azərbaycanla münasibətlərin normallaşdırılmasına sadiqdir” - Paşinyan

“Ermənistan 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Azərbaycanla münasibətlərin normallaşdırılmasına sadiqdir”.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə Aİ-ABŞ-Ermənistan görüşü zamanı deyib.

N.Paşinyan vurğulayıb ki, Ermənistan Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası, həmçinin ölkələrin suverenliyinə və qanunvericiliyinə, bərabərlik və qarşılıqlılıq prinsiplərinə tam hörmət əsasında bütün regional kommunikasiyaların blokunun açılmasının tərəfdarıdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az