Peskov Makrona cavab verdi: Əsassız ittihamlardır

16:40 - 05 Aprel 2024

Peskov Makrona cavab verdi: Əsassız ittihamlardır

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Fransa lideri Emmanuel Makrona cavab verib. 

 

Manset.az xəbər verir ki, Peskov Makronun açıqlamasını əsassız və qəbuledilməz adlandırıb.

Buna qədər Fransa lideri bildirib ki, Moskva Parisdə Olimpiadanın keçirilməsinə müdaxilə etməyə çalışacaq.

Kreml rəsmisi Çexiyanın nəqliyyat naziri Martin Kupkanın da Rusiyanın guya ölkənin nəqliyyat infrastrukturuna kiberhücumlarda əli olması barədə sözlərini də şərh edib:

"Bunlar tamamilə əsassız ittihamlardır. Həm birinci, həm də ikinci açıqlama. Bunlar tez-tez eşidilir, lakin heç vaxt heç bir adekvat sübut və ya arqumentlə dəstəklənmir. Biz bu cür ittihamları qətiyyən qəbul etmirik".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az