Nigeriyanın Kogi əyalətində silahlı hücum hadisəsi baş verib.
Manset.az Nigeriya KİV-ə istinadən əbər verir ki, Kogi əyalətinin Omala bölgəsində naməlum silahlı şəxslər tərəfindən hücum həyata keçirilib.
Hücum nəticəsində 19 nəfərin öldüyünü və yaralıların olduğu bildirilir.
Bir çox evin yandırıldığı hücumda yerli sakinlərin ərzaq məhsulları oğurlanıb.
Kogi Ştat Polisinin İctimaiyyətlə Əlaqələr Mütəxəssisi Uilyam Aya hadisəni təsdiqləyib və araşdırmaya başlanıldığını açıqlayıb.
Nigeriya müxtəlif bölgələrdə silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatlarının hücumları ilə mübarizə aparır.
Jalə
Manşet.az