“Əsl problem İsrail ordusunda kimin səhv etdiyi deyil, bu səhvlərin təkrar-təkrar edilməsinə imkan verən hərbi prosesdir”.
Manset.az xarici mətbuata-a istinadən xəbər verir ki, bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş deyib.
Quterreş beynəlxalq yardım təşkilatı World Central Kitchen işçilərinin İsrailin hücumu nəticəsində öldürülməsindən danışıb.
Onun sözlərinə görə, əsl problem bu səhvlərin təkrarlanmasına imkan verən hərbi prosesdir.
BMT-nin baş katibi Quterreş İsrailin hücumlarında süni intellektdən istifadə etməsi ilə bağlı xəbərdən dərin narahatlıq keçirdiyini ifadə edərək bildirib ki, süni intellekt müharibə aparmaq üçün istifadə edilməməlidir.
Jalə
Manşet.az