Boykot olunan "McDonald's" yenidən İsrail bazarına qayıdır

18:47 - 05 Aprel 2024

Boykot olunan \"McDonald\'s\" yenidən İsrail bazarına qayıdır

Amerikalı restoranlar şəbəkəsi "McDonald's" İsrail-HƏMAS müharibəsi səbəbindən boykot edildikdən sonra İsraildəki bütün restoranlarını yenidən satın alacağını açıqlayıb.

 

Manset.az xəbər verir ki, Amerika şirkəti açıqlamasında 30 ildən artıqdır İsraildə "McDonald's" restoranlarını idarə edən "Alonyal" ilə ölkə daxilində 5 min nəfərin çalışdığı 225 satış nöqtəsinin geri qaytarılması üçün razılığa gəldiyini açıqlayıb.

Fast-food nəhəngi restoranların, əməliyyatların və işçilərin "ekvivalent şərtlərlə" saxlanılacağını və İsrail bazarına sadiq qalacağını bildirib.

Lakin satış şərtləri açıqlanmayıb.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az