ABŞ-nin Nyu-Cersi ştatında 4,8 bal gücündə zəlzələ baş verib.
Msnset.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələnin ocağı 1 km dərinlikdə olub. Yeraltı təkanlar Nyu-Yorkda hiss olunub.
İtki və dağıntılar barədə məlumat yoxdur.