"Ermənistanı Azərbaycanla razılığa gəlməyə çağırdıq" - Ceyms O`Brayn

10:22 - 06 Aprel 2024

\"Ermənistanı Azərbaycanla razılığa gəlməyə çağırdıq\" - Ceyms O`Brayn

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayn Ermənistanın baş naziri Nikol Paşinyan, dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında keçirilən üçtərəfli Brüssel görüşünü dəyərləndirib.

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, O`Brayn bildirib ki, Brüssel görüşü Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanması üzrə davamlı səylər kontekstində keçirilib.

“Bu görüş Ermənistanda aparılan islahatlara həsr olunmuşdu, lakin biz əlbəttə ki, Ermənistanı sülh yolunu davam etdirməyə və Azərbaycanla yekun razılığa gəlməyə çağırdıq.

Bu, regionun uzunmüddətli təhlükəsizliyini və rifahını, xüsusilə Aralıq dənizindən Mərkəzi Asiyaya apara biləcək yeni ticarət yollarını təmin etməyin ən yaxşı yoludur. Biz bütün bu addımları alqışlayırıq”, - O'Brayn deyib.

O, ABŞ-ın Ermənistanda aparılan islahatları dəstəkləməkdə davam edəcəyini vurğulayıb


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az