Çinin Şərqi Türküstan regionu kimi tanınan Sincan-Uyğur Muxtar Rayonunda 5,1 maqnitudalı zəlzələ olub.
Manset.az “Report”a istinadən xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Mərkəzin verilənlərinə əsasən, zəlzələnin episentri Çinin Kuçar qəzasından 58 km şimal-qərbdə olub. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntı barədə məlumat verilməyib.