Venesuela prezidenti Nikolas Maduro 25 noyabr 2020-ci ildə vəfat edən dünya şöhrətli futbolçu Dieqo Armando Maradona haqqında təəccüblü iddialar səsləndirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Venesuela prezidenti "Maduro Podcast" proqramında qonaq olarkən Maradonanın öldürüldüyünə inandığını bildirib.
Maduro açıqlamasında “Onun ölümü ilə bağlı tezisim var, Maradonanın öldürüldüyünə inanıram. Ölümündən bir gün əvvəl 60 illik yubileyi münasibəti ilə onunla söhbət etdim və bunları dedim; “Dieqo, Venesuelaya gəl, burada səninlə maraqlanacağıq” deyib.
Maduro Maradonanın həyatı ilə bağlı narahatlığını onunla bölüşdüyünü ifadə edib:
“Əvvəlki söhbətimizdə ona dedim ki, özünə yaxşı bax, Dieqo. Bax, çox pis insanlar var, haqsızlığa üsyan edən xalqın səsi olduğun üçün faşistlər səni rahat qoymazlar. Sən Argentinada heç kimin deməyə cəsarət etmədiyi sözlər söylədin”.
Əfsanə Rəcəb
Manşet.az