Rusiya Zaporojye şəhərinə hücum etdi - 3 nəfər öldü

11:47 - 08 Aprel 2024

Rusiya Zaporojye şəhərinə hücum etdi - 3 nəfər öldü

Rusiya ilə Ukrayna arasında qarşılıqlı hücumlar davam etməkdədir.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiyanın Zaporojya bölgəsinə hücumu nəticəsində 3 nəfər həyatını itirib.

Bu barədə Zaporojya vilayətinin qubernatoru açıqlama verib.

Həmçinin, Rusiya Ukraynanın Jitomir vilayətini bombalayarkən, bölgə rəsmiləri havanın çirklənməsi ilə bağlı xəbərdarlıq edib.

Rəsmilərin sözlərinə görə, Jitomir vilayətində kritik infrastruktur obyektlərinə endirilən hava zərbəsi logistika obyektlərinə ziyan vurub:

"Rusiya ötən gecə icmanın infrastruktur obyektinə hücum edib. Mülki əhali arasında itki yoxdur. Hazırda birbaşa havanın çirklənməsi təhlükəsi var, ona görə də pəncərələri bağlı qapalı yerlərdə qalmaq tövsiyə olunur".

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az