Türkiyənin Adana şəhərində Tina adlı Çin Aslan iti sahibini evdəki digər Linda adlı pomeraniyalı itə qısqanaraq sahibinin ayağını parçalayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə nəticəsində qadının ayağında ciddi problem yaranıb. 42 yaşlı qadın Linda və Tinanın anlaşa bilmədiyini və onu qısqandıqlarını iddia edib.
Beləki, sahibi yatağa gedərkən Linda adlı itini sığallayıb. Bu zaman Tina sahibinin sol ayağına hücum edərək dərisini qoparıb. Gənc qadının qışqırtısını eşidən 18 yaşlı oğlu anasını xilas edərək təcili yardım çağırıb.
10 gün xəstəxanada qalan gənc qadının sol ayağında toxuma itkisi olduğu üçün 1 aydan sonra transplantasiyasına qərar verilib. Evə buraxılan qadın itinin yanına getməyə qorxduğu üçün Mersindəki bağ evinə gedib. Sahibi itini sığınacağa vermək istəməyib. Qadın özəl bir heyvandarlıq ferması ilə razılaşaraq Tinanı oraya göndərib.
Əfsanə Rəcəb
Manşet.az