Yılmaz Ərdoğanın 2 ildir sevgili olduğu özündən 25 yaş kiçik sevgilisi danışdı

15:10 - 08 Aprel 2024

Yılmaz Ərdoğanın 2 ildir sevgili olduğu özündən 25 yaş kiçik sevgilisi danışdı

Türkiyənin məşhur aktyoru Yılmaz Ərdoğanın özündən 25 yaş kiçik model Cansu Taşkınla 2 ildir sevgili olduğu iddia edilirdi.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Yılmaz məsələyə səssiz qalarkən, Pınar Kərimoğlunun verilişində qonaq olan Taşkın "Aranızda sevgi var?" sualına münasibət bildirib.

Cansu Taşkın açıqlamasında Yılmaz Ərdoğanla münasibəti olduğunu etiraf edib:

"Doğrudur... Xəbər doğrudur. Şəxsi həyatımla bağlı heç vaxt danışmamışam və danışmamağa davam edirəm. Bunu sosial şəbəkələrdə ön planda tutmamışam. Bəli, doğrudur, xəbər doğrudur, soruşduğunuz üçün sizə deyim. Yekun olaraq, pis bir şey etməmişik, dostlar, bu çox normal deyil? Bu mövzulara çox girmək istəmirəm, o, mənim üçün çox dəyərli bir insandır".

Cansu Taşkın sözlərinə davam edərək, Yılmaz Ərdoğanın sözlərinə düzəliş etdiyini bildirib.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az