Mərkəzi Amerika ölkəsi Nikaraqua Almaniyanı "Fələstindəki soyqırımın ortağı" iddiası ilə Beynəlxalq Ədalət Məhkəməsində məhkəməyə verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Nikaraquanın Fələstində baş verənlərə görə məsuliyyət daşıyanlardan biri kimi gördüyü Almaniyaya qarşı qaldırdığı iddia Beynəlxalq Ədalət Məhkəməsində başlayıb.
İddialara görə, Almaniya “Qəzzada soyqırımına şərait yaradıb”. Haaqa məhkəməsində Nikaraquadan sonra Almaniyanın müdafiəsi dinləniləcək.
Nikaraqua iddia edir ki, Almaniya İsrailə verdiyi dəstəklə Qəzzada baş verənlərin bir hissəsinə çevrilib və beynəlxalq hüquq, o cümlədən soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında konvensiya pozulub.
Nikaraquanın məhkəməyə müraciət etmə səbəbləri arasında Almaniyanın fələstinli qaçqınlara yardım təşkilatına maliyyə dəstəyini kəsmək qərarı və İsrail-Həmas münaqişəsində bitərəf qalmaması daxildir.
Əfsanə Rəcəb
Manşet.az