ABŞ-ın Denverdən Hyustona uçan "Boeing 737-800" model sərnişin təyyarəsinin mühərrik qapağı uçuş zamanı çıxaraq qanad qapağına dəyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatıan görə, hadisə ilə bağlı araşdırma aparılarkən sərnişinlərin başqa təyyarəyə mindirildiyi bildirilib.
Federal Aviasiya İdarəsindən (FAA) verilən açıqlamaya görə, Southwest Airlines-a məxsus Denverdən Hyustona uçan təyyarənin mühərrik qapağı havaya qalxarkən yerindən çıxıb və qanad qapağına dəyib. Southwest Airlines bildirib ki, hadisədən sonra təyyarə təhlükəsiz şəkildə Denverə enib və Hyuston sərnişinləri başqa təyyarəyə mindirilib.
Əfsanə Rəcəb
Manşet.az