"Tik Tok"da rəqs etməyəcəyimə söz verirəm - Şolz

17:00 - 08 Aprel 2024

\"Tik Tok\"da  rəqs etməyəcəyimə söz verirəm - Şolz

Almaniya hökuməti dünyaca məşhur sosial media platforması "TikTok"da hesab açdığını açıqlayıb.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya Hökumətindən verilən yazılı açıqlamada, Mətbuat və İnformasiya Ofisinin (BPA) TikTok platformasında açdıqları “@TeamBundeskanzler” hesabından, eləcə də digər sosial media kanallarından gündəlik hökumət işləri ilə bağlı paylaşımlar edəcəyi bildirilib.

Həmçinin açıqlamada BPA-nın bu hesabla siyasətdən daha çox öyrənən və sosial media vasitəsilə məlumat mübadiləsi aparan vətəndaşlar üçün informasiya dairəsini genişləndirmək istədiyi vurğulanıb.

Xüsusilə gənc istifadəçilərə müraciət etmək üçün açılan "TikTok" hesabında Federal Kansler Olaf Şolzun işi və hökumət siyasəti ilə bağlı məlumatlarla yanaşı şərhlər, suallar və təkliflər də yer alacağı qeyd edilib.

Həmçinin bildirilir ki, ABŞ prezidenti Co Bayden, Fransa prezidenti Emmanuel Makron və Avropa Parlamentinin sədri Roberta Metsola kimi şəxslər bu yaxınlarda öz "TikTok" kanallarını açıblar.

Almaniya baş naziri  Şolz X sosial media platformasında "TikTok" etiketi ilə verdiyi açıqlamada "Mən rəqs etmirəm. Söz verirəm" deyə paylaşım edib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az