Türkiyədə Niğdenin Çarıklı kəndində kartof anbarında meydana gələn çökmədə 2 işçi həyatını itirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, xilasetmə qrupları tərəfindən 3-ü ağır olmaqla 4 nəfər xəsarət alaraq xilas edilib.
Hadisə yerinə operativ müdaxilə edilərkən, əraziyə çoxlu axtarış-xilasetmə qrupu sövq edilib.
Hadisənin təfərrüatları ilə bağlı hələlik dəqiq məlumat olmasa da, səlahiyyətlilərin araşdırmaya başladığı bildirilib.
Əfsanə Rəcəb
Manşet.az