Televiziya tarixinin ən məşhur seriallarından biri olan “Kurtlar Vadisi”ndə Süleyman Çakır obrazının vəfatının 20-ci ildönümü sevənləri tərəfindən yad edilib.
Manset.az-ın xarici mediaya istinadən xəbər verir ki, serialda Süleyman Çakır obrazını canlandıran aktyor Oktay Kaynarca ənənəsini pozmayıb və obrazı üçün ildönümü videosu yayımlayıb.
Qeyd edək ki, serialda Oktay Kaynarcanın canlandırdığı Süleyman Çakır obrazı 43-cü bölümdə vurulub, 45-ci bölümdə isə dünyasını dəyişib. Ölümü ilə serialda iz qoymuş personaj üçün hər il anma mesajları yad edilib. Beləliklə, obraz sosial mediada trend mövzuya çevrilib.
Əfsanə Rəcəb
Manşet.az