Fransanın xarici işlər naziri Stefan Sejourne və Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Rusiya Ukraynada qalib gəlsə, “hamımız uduzacağıq” xəbərdarlığını ediblər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, nazirlər iki ölkə arasında imzalanan dostluq müqaviləsi olan Antanta Kordialesinin 120 illiyi çərçivəsində birgə əməkdaşlığa da toxunub və digər ölkələri Rusiyaya qarşı Ukraynaya dəstək verməyə çağırıblar.
Sejourne və Cameron birgə məqalələrində bölgəyə yardımların artırılmasının vacibliyini vurğulayaraq, "Ukrayna uduzsa, hamımız uduzacağıq” deyib.
Əfsanə Rəcəb
Manşet.az