“TikTok” “Instagram”a rəqib platforma yaradır

09:48 - 09 Aprel 2024

“TikTok” “Instagram”a rəqib platforma yaradır

“TikTok” “Instagram”ın rəqib hesab edilə biləcək və istifadəçilərə fotoşəkilləri paylaşmağa imkan verəcək yeni tətbiq hazırlayır.

 

Manset.az xəbər verir ki “İnnovasiyalara davam edərək istifadəçilərimizin foto və mətn yaratmaq, onu paylaşmaq üçün məkan yaratmağın yollarını araşdırırıq”, - deyə “TikTok” nümayəndəsi bildirib.

Qeyd olunur ki, “TikTok” istifadəçiləri böyük ehtimalla “TikTok Notes” adlanacaq yeni proqramla bağlı artıq bildirişlər almağa başlayıblar. Lakin həmin proqram rəqəmsal mağazalarda hələ mövcud deyil.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az