Starlink kosmosdan tam Günəş tutulmasını çəkdi - FOTO\VİDEO

12:27 - 09 Aprel 2024

Starlink kosmosdan tam Günəş tutulmasını çəkdi - FOTO\\VİDEO

Yer orbitindəki Starlink peykləri 2024-cü ilin ilk Günəş tutulmasını kosmosdan çəkib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Şimali Amerikada milyonlarla insanın səbirsizliklə gözlədiyi ilin ilk Günəş tutulması ilk dəfə Meksikanın sahilyanı Mazatlan şəhərində baş verib.

Starlink sosial media hesablarında yerin orbitindən peyklərinin izlədiyi tam tutulmanı paylaşıb.

Meksikadan başlayan və ABŞ və Kanadanın bəzi yerlərində təqribən 186 kilometr genişlikdə olan tam Günəş tutulması bəzi bölgələrdə bir neçə saniyə, digərlərində isə dörd dəqiqədən çox davam edir.

Əfsanə Rəcəb

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az