İngiltərədə Nikolas Metson adlı kişi həyat yoldaşı Holli Bramlinin cəsədini 224 parçaya bölərək çaya atmağa çalışıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Metson ömürlük həbs cəzasına məhkum edilib.
Beləki, 2023-cü ilin martında Holly Bramlini ən azı dörd dəfə bıçaqladıqdan sonra Nikolas Metson onu 224 parçaya bölərək qalıqlarını bir həftə mətbəxdə gizlədib. O, hətta cəsədin qalıqlarını daşımağa kömək etmək üçün dostuna pul da təklif edib.
Məhkəmə zamanı hakimə bildirilib ki, polis əməkdaşları Bramlini axtararkən Metson arvadının "çarpayı altında gizləndiyi" ilə bağlı zarafat edib.
O, həmçinin 26 yaşlı qadının dostlarına onun hələ sağ olduğunu göstərmək üçün həyat yoldaşının Facebook hesabından istifadə edib. Metson gənc qadının bank hesabından ona pul göndərib və elə göstərməyə çalışıb ki, guya o, onu tərk edib və Mançesterə köçüb. Metsonun mobil telefonunda edilən axtarışda internetdə “cəsəddən necə qurtula bilərəm?”, “Həyat yoldaşım ölərsə hansı faydaları əldə edə bilərəm”, “Allah adam öldürməyi bağışlayarmı?” axtarışlar etdiyi məlum olub.
Əfsanə Rəcəb
Manşet.az