ABŞ-ın eks-prezidenti Bill Klinton xəstəxanadan evə buraxılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, müalicəsini Nyu-Yorkda evində davam etdirəcək. Bu barədə Klintonun yerləşdirildiyi tibb müəsisəsinin direktoru Alpeş Amin məlumat verib.
Qeyd edək ki, Bill Klinton oktyabrın 12-dən xəstəxanadadır. O, “sepsis” diaqnozu ilə xəstəxanaya yerləşdirilib.