Paşinyan bu gün parlamentdə hesabat verəcək

11:08 - 10 Aprel 2024

Paşinyan bu gün parlamentdə hesabat verəcək

Aprelin 10-da İrəvanda parlamentin növbəti dördgünlük iclası davam edir.

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu gün deputatlar 12 qanunvericilik təşəbbüsünü müzakirə edəcəklər.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, müzakirə olunacaq məsələlər arasında Ermənistan Respublikası hökumətinin 2023-cü il üçün proqramının (2021-2026) icrası və nəticələri haqqında hesabat da var.

Saat 16:30-da deputatlar baş naziri Nikol Paşinyanın başçılıq etdiyi hökumət üzvləri ilə görüşəcəklər. Parlamentarilər müəyyən aktual mövzularla bağlı onları və ictimaiyyəti maraqlandıran sualları hökumət nümayəndələrinə vermək imkanı əldə edəcəklər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az