"Sərhədlərin delimitasiyası yeni müharibənin qarşısını ala bilər" - Paşinyan

11:38 - 10 Aprel 2024

\"Sərhədlərin delimitasiyası yeni müharibənin qarşısını ala bilər\" - Paşinyan

Tavuşda sərhədin delimitasiyası Azərbaycanla yeni müharibənin qarşısını ala bilər.

 

Manset.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 10-da parlamentdə çıxışı zamanı deyib.

O bildirib ki, bununla belə, bu, yeni müharibənin olmayacağına zəmanət vermir: “Buna baxmayaraq, delimitasiya aparılmalıdır. Bunu etiraf etmək çətindir, lakin bu, faktdır”.

N.Paşinyanın sözlərinə görə, Ermənistanın beynəlxalq miqyasda tanınmış sərhədlərinin müəyyənləşdirilməsi ölkənin təhlükəsizliyi üçün əsas amildir:

“Mən buna 2022-ci ildə əmin oldum. Başa düşdüm ki, sərhədlərin müəyyənləşdirilməsi yaxın, orta və uzun müddətli perspektivdə təhlükəsizliyimiz üçün həlledicidir. Belə ki, 2022-ci ildən sonra siyasi-psixoloji proses başladı. Bunu real və tarixi Ermənistan arasında sərhədin müəyyənləşdirilməsi prosesi adlandırmaq olar”.

Hökumət başçısı vurğulayıb ki, tarixi və real Ermənistan arasında ciddi ziddiyyətlər var.//report


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az