Ermənistanda Rusiya telekanallarının yayımı dayandırılır?

21:08 - 10 Aprel 2024

Ermənistanda Rusiya telekanallarının yayımı dayandırılır?

Ermənistan Rusiya ilə kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında sazişi birtərəfli qaydada ləğv edə bilər.

 

Manset.az  xəbər verir ki, bunu ölkənin yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan bildirib.

Nazir Ermənistanın sənədin redaktə edilməsi ilə bağlı təklifləri qəbul olunmasa, bu addımın atılacağını deyib.

Ayrapetyan parlamentdəki çıxışında qeyd edib ki, Rusiya tərəfinə sazişə düzəlişlər və yeni təkliflər paketinin gələn həftə təqdim edilməsi planlaşdırılır.

Onun sözlərinə görə, artıq qarşı tərəflə məsləhətləşmələr aparılıb, lakin Rusiya telekanallarının Ermənistan ərazisində yayımlanan televiziya proqramlarında qeydə alınan pozuntular barədə konsensus əldə olunmayıb.

Xatırladaq ki, ötən ay Ermənistanda rusiyalı aparıcı Vladimir Solovyovun müəllif verilişlərinin yayımı dayandırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az