Şimali Koreya lideri ordunu müharibəyə hazırlaşmağa çağırdı

17:20 - 11 Aprel 2024

Şimali Koreya lideri ordunu müharibəyə hazırlaşmağa çağırdı

Şimali Koreya lideri Kim Çen In ordunu müharibəyə hazırlaşmağa çağırıb.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 10-da Koreya Xalq Demokratik Respublikasının lideri Kim İr Sen adına Hərbi-Siyasi Universitetdə olarkən Cənubi Koreya paytaxtı Seulun maketinə baxış keçirib.

Kim Çen In Şimali Koreya ordusunu “heç vaxt olmadığı kimi müharibəyə hazırlaşmağa” çağırıb.

Şimali Koreya liderinin Hərbi Sənaye Universitetinə səfərinin nəticələri barədə məqalə və fotoşəkillər aprelin 11-də Koreya Mərkəzi Teleqraf Agentliyi tərəfindən dərc edilib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az