Rusiyaya işləmək üçün gedən azərbaycanlıların nəzərinə: Barmaq izi olmasa, telefon işlədə bilməyəcəklər

18:35 - 11 Aprel 2024

Rusiyaya işləmək üçün gedən azərbaycanlıların nəzərinə: Barmaq izi olmasa, telefon işlədə bilməyəcəklər

 

Rusiya ərazisinə yollanan miqrantlar və əcnəbilər ancaq barmaq izləri ilə SİM-kart ala biləcəklər.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, müvafiq tələblər Rəqəmsal İnkişaf Nazirliyi tərəfindən hazırlanıb.

Bildirilir ki, miqrantlar və əcnəbilər Rusiya telekommunikasiya operatorlarından SİM-kartları yalnız Dövlət Xidmətləri portalında biometrikadan istifadə etməklə qeydiyyatdan keçdikdə və rabitə mağazalarında şəxsi səfər zamanı əldə edə biləcəklər.

Sənəd Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti, “Roskomnadzor”, Xarici İşlər Nazirliyi, Federal Antiinhisar Xidməti və İqtisadi İnkişaf Nazirliyinə göndərilib.

Qurumlar aprelin 15-dək bununla bağlı razılığa gəlməlidirlər.

Sənədin mətnində qeyd edilir ki, miqrant biometrik məlumatları təqdim etməkdən imtina edəcəyi təqdirdə Rusiya ərazisində mobil rabitədən istifadə imkanından məhrum olacaqlar.

Tələblər diplomatik işçilərə, eləcə də beynəlxalq təşkilatların nümayəndələrinə və qaçqınlara şamil edilməyəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az