Zelenski Vilnüsə səfər etdi - 2 həmkarı ilə görüşdü

21:36 - 11 Aprel 2024

Zelenski Vilnüsə səfər etdi - 2 həmkarı ilə görüşdü

Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 11-də Litvaya səfər edib.

 

Manset.az  xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı məlumat yayıb.

O, Üç Dəniz Təşəbbüsünün sammitində iştirak etmək və tərəfdaş ölkələrin liderləri ilə danışıqlar aparmaq üçün Vilnüsə gəlib.

Zelenski Vilnüsdə çex və rumıniyalı həmkarları Petr Pavel və Klaus İohannis ilə görüşüb.

Üç Dəniz Təşəbbüsü Mərkəzi və Şərqi Avropada Baltik dənizindən Adriatik və Qara dənizlərə qədər şimal-cənub oxu boyunca uzanan 13 Avropa İttifaqı dövlətinin forumudur.

Təşəbbüs üzv dövlətlərə təsir edən məsələlər, o cümlədən iqtisadi və infrastruktur məsələləri üzrə regional dialoqu təmin etmək məqsədi daşıyır.

Zelenskinin Pavellə Ukraynaya hərbi dəstəyi və müdafiə sənayesi sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə etdiyi bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az