"Qərb Belarusda təxribat törətməyi planlaşdırır" - Lukaşenko

14:41 - 18 Oktyabr 2021

\"Qərb Belarusda təxribat törətməyi planlaşdırır\" - Lukaşenko

“Qərb Belarusda hakimiyyət dəyişikliyi məqsədilə ölkəmizin daxili işlərinə qarışmağa davam edir”.

Manset.az TASS-a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə mətbuatına müsahibəsində deyib.

“Bilirsiniz ki, uğursuz çevriliş cəhdi düşmənin planlarını dəyişmədi. Qərb ölkəmizin daxili işlərinə qarışmağa davam edir. Bizim üçün ən təhlükəli hal müstəqilliyin itirilməsidir”, - o vurğulayıb.

Dövlət başçısı bildirib ki, Qərb Belarusun müdafiə və iqtisadi obyektlərində təxribatlar törədilməsini planlaşdırır.

Onun sözlərinə görə, Dövlət Təhlükəsizlik Xidmətinin iş səmərəliliyinin artırılmasına və kəşfiyyat potensialının artırılmasına ehtiyac var.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az