Türkiyədə Kənan İmirzalıoğlunun təqdimatında ATV ekranlarında yayımlanan “Kim Milyoner Olmaq İster” yarışmasında iştirak edən Yağmur Ateş adlı qadın davranışı ilə hər kəsi təəccübləndirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 25 yaşlı Ateş danışarkən nəfəs alma səsləri və hərəkətləri ilə diqqət çəkib.
Yağmur Ateş 5 il əvvəl Bali adasına köçdüyünü bildirib. Adada yaşamağı çox sevən və qayıqla dünyanı gəzmək istəyən iştirakçı spirtli içki probleminə görə balkondan yıxılaraq beyin əməliyyatı keçirdiyini qeyd edib.
Əfsanə Rəcəb
Manşet.az